cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Dmitrios Çantakias: "Olimpiakos" favoritdir, amma..."

20.07.2021 11:28 Oxundu 424


"Zirə"yə keçməzdən əvvəl Bolqarıstanın "Çerno More" klubu ilə bir illik müqaviləm var idi. Mənə maraq göstərdilər, "Çerno More" ilə danışdılar və transfer gerçəkləşdi".

"CEMPİONAZ" xəbər verir ki, bu fikirləri "Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias "Sport-fm.gr" saytına açıqlamasında deyib.
26 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinə keçidi ilə bağlı çox düşündüyünü bildirib: "Ölkəni yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardır".
Qəsəbə klubu ilə müqaviləni daha iki il uzadan oyunçu həmyerlisi Anastasios Papazoğlunun da daha əvvəl "Zirə"də oynadığını xatırladıb: "Mənə təklif gələndə onunla məsləhətləşdim. Çox xoş sözlər söylədi".
Çantakias Yunanıstanın "Olimpiakos" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçlarına da toxunub: "Bu komandaya qarşı dəfələrlə oynamışam. Azərbaycan Kubokunda onları mübarizədən kənarlaşdırdıq. 2020/2021 mövsümündə "Neftçi"yə cəmi bir dəfə məğlub olduq. "Olimpiakos" ehtiyatlı olmalı və rəqibin əks hücumlarına diqqət yetirməlidir. "Neftçi"də Sabiq Buqrinə xüsusi diqqət ayrılmalıdır. Sezar Meza Kolli isə olduqca təhlükəlidir. "Olimpiakos" favoritdir, amma rəqibə ciddi yanaşmalıdır".
Qeyd edək ki, Dmitrios Çantakias 2020-ci ilin sentyabrında "Zirə"yə keçib.
Xatırladaq ki, iyulun 21-də oynanılacaq "Olimpiakos" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.