"Matça yaxşı hazırlaşmışıq. Sabah azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik. Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdur. Doğru yolda əmin addımlarla irəliləyirik".
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov "Keşlə"yə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Keşlə" barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik. Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik. Həmçinin yeni transferləri barədə məlumatlıyıq".
Rusiyalı baş məşqçi avrokuboklardakı əsas hədəflərini də açıqlayıb: "Qrupa düşmək üçün 3 komandanı keçməliyik. Bu baxımdan bizi sıx qrafik gözləyir. Əsas məqsəd uğurlu startdır. İnanıram ki, hədəfimizə çatacağıq".
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
BİZİM FUTBOL
Vladimir Fedotov: "Keşlə" barədə müəyyən məlumatlar toplamışıq"
21.07.2021 18:20
442