21.07.2021 19:35
429
Almaniyanın "Bavariya" klubu futbolçusu Leon Qoretska ilə yollarını ayıra bilər.
"CEMPİON.AZ" "Bild" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni müqavilənin şərtləri ilə bağlı Münhen təmsilçisi ilə razılıq əldə edə bilmir.
Almaniya millisinin üzvü illik maaşının 20 milyon avroya qaldırılmasını tələb edir. Lakin ölkə çempionu Qoretskaya 12 milyon avro ödəmək niyyətindədir.
Qeyd edək ki, Leon Qoretskanın müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Tərəflər ortaq məxrəcə gələ bilməsə, yarımmüdafiəçi azad agent kimi klubdan ayrılacaq.