cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Peres Fiqudan üzr üstədi

21.07.2021 20:48 Oxundu 444


İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres sabiq futbolçu Luiş Fiqudan qalmaqallı səs yazısına görə üzr istəyib.
"CEMPİON.AZ" xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə "Mundo Deportivo"ya açıqlamasında məlumat verib.
Fiqu Pereslə danışmaq imkanı əldə etdiyini bildirib: "O, məndən üzr istədi və bu məsələ bağlandı".
Qeyd edək ki, daha əvvəl İspaniyanın "El Confidencial" nəşri Florentino Peresin səs yazısını yayıb. 74 yaşlı funksioner Madrid təmsilçisinin bir neçə sabiq oyunçusunu və məşqçisini tənqid edib. Peres Fiqunun paltardəyişmə otağında hər şeyi qarışdırdığını və Raul Qonsaleslə birlikdə "ən pis" olduğunu söyləyib.