Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyununa bilet satışı davam edir.
"CEMPİON.AZ" xəbər verir ki, bu haqda Qol.az-a Ağdam klubunun Mətbuat xidmətindən bildirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 8 min bilet satılıb.
Xatırladaq ki, Nazilər Kabinetinin qərarına əsasən, oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxılır. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionunda uzağı 15 min azarkeş izləyə bilər. Buna görə də matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.
Qeyd edək ki, "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.
BİZİM FUTBOL
"Qarabağ" - "Aşdod" matçına satılan biletlərin sayı
22.07.2021 14:52
435