cümə, 29 noyabr 2024

BOKS

Nəriman Abdullayev: "Qarşıda bizi olimpiada gözləyir"

22.07.2021 15:15 Oxundu 489


"Komandamız hazırda Tokioda Olimpiya kəndindədir. Boksçularımızın məşqçi bu gün açıq havada gerçəkləşib".

"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışarkən deyib.
Mütəxəssis bütün təlim-məşq toplanışlarını geridə qoyduqlarını sözlərinə əlavə edib: "Qarşıda bizi olimpiada gözləyir. Yarışa çox az qalıb. Komandamız bu gün də məşqini davam etdirir, çəkilər yoxlanılır. Axşam saatlarında püşkatmadan sonra idmançılarımızın ilk rəqibləri bəlli olacaq".
Qeyd edək ki, Azərbaycan yığması Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq. Boks yarışları iyulun 24-də başlayacaq.