Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.
Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.
Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.
DİGƏR NÖVLƏR
Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi - CANLI
23.07.2021 15:22
679