23.07.2021 16:16
482
“Aşdod”un (İsrail) qapıçısı Yoav Jarafi Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, 27 yaşlı qolkiper İsrail mətbuatına açıqlamasında qolsuz başa çatan matçla bağlı deyib:
“Uzun müddətdən sonra ilk rəsmi oyunumuza çıxdıq. Nəticə yaxşıdır. Çətin matç oldu, oyunumuzu inkişaf etdirməliyik. Yaxşı nəticə əldə etdik və cütün taleyi evimizdə məlum olacaq.
Futbolçularımız hələ tam hazır deyil. Lakin ilk oyundan yaxşı nəticə ilə ayrıldıq. Təbii ki, özümüzə inanırıq. “Qarabağ”ın qorxulu komanda olmadığını gördük. Yüksək keyfiyyətli oyunçuları olsa da, yaxşı nəticə əldə edə bilərik”.
Qeyd edək ki, “Aşdod” – “Qarabağ” cavab matçı iyulun 29-da İsraildə keçiriləcək.