24.07.2021 11:16
493
İstanbul təmsilçisi "Qalatasaray" daha iki futbolçu transfer edib.
"CEMPİON.AZ" xəbər verir ki, "cimbom" Aleksandru Çiçaldaudan sonra Saşa Boey və Patrik van Aanholtla da anlaşıb.
Bununla “cim-bom” müdafiənin sağ və sol cinahında yaranan boşluğu doldurub. Həm Boeyin klubu “Renn”, həm də van Aanholtun son illər formasını geyindiyi
“Kristal Palas”la ortaq məxrəcə gəlinib. 21 yaşlı Boey və 31 yaşlı van Aanholt tezliklə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizə aparan “Qalatasaray” II təsnifat mərhələsinin ilk oyununda Niderland təmsilçisi PSV-yə 1:5 hesabı ilə məğlub olub.