24.07.2021 11:40
432
Dortmund “Borussiya”sı Ceydon Sançonu əvəz edəcək futbolçu tapıb.
"CEMPİON.AZ" xəbər verir kİ, Bundesliqa təmsilçisi PSV-nin hücumçusu Doniell Maleni heyətinə cəlb edib.
Klublar 30 milyon avro müqabilində keçidin reallaşmasını razılaşdırıblar. Transferlə bağlı bütün sənədlər yaxın günlərdə tamamlanacaq və Niderland millisinin üzvü “Borussiya” ilə 5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, PSV-nin yetirməsi olan 22 yaşlı Doniell Malen 2018-ci ildən əsas komandada çıxış edir.