“Danimarka yığmasının AVRO-2020-dəki parlaq çıxışı bizə ilham verə bilər”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni deyib.
50 yaşlı mütəxəssis yarışa uğursuz başlanğıc etsələr də, vəziyyəti dəyişəcəklərinə inanır: “Heyətimizdə çox sayda istedadlı gənc var. Düşünürəm ki, AVRO-2024-də final mərhələsinə yollana bilərik. DÇ-2022-nin seçmə mərhələsinə uğursuz start götürsək də, ümidimizi itirmirik. Xüsusən də, sentyabrda doğma azarkeşlərimiz önündə Azərbaycan və Serbiya ilə keçirəcəyimiz matçları səbirsizliklə gözləyirik. Yaxşı heyət formalaşdırmışıq. Sentyabrdakı oyunlar öncəsi çox həyəcanlıyıq”.
Qeyd edək ki, sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq İrlandiya yığması ayın 4-də Azərbaycanı, üç gün sonra isə Serbiyanı Dublindəki “Aviva” stadionunda qəbul edəcək.
BİZİM FUTBOL
Stefen Kenni: "Azərbaycanla oyunöncəsi çox həyəcanlıyıq"
24.07.2021 13:19
376