24.07.2021 14:38
394
“Mançester Yunayted” baş məşqçisi Ole Qunnar Sulşerlə bağlı qərarını verib.
"CEMPİON.AZ" xəbər verir ki, “qırmızı şeytanlar” norveçli mütəxəssisi komandanın sükanı arxasında saxlayıb.
2018-ci ildən “mankunianlar”a rəhbərlik edən 48 yaşlı çalışdırıcı ilə yeni 3 illik müqavilə imzalandığı açıqlanıb. Onun əvvəlki sözləşmə müddəti gələn ilin yayına qədər idi.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm İngiltərə Premyer Liqasında 2-ci yeri tutub.