26.07.2021 19:28
404
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"CEMPİON.AZ" xəbər verir ki, Superliqa təmsilçisi fransalı yarımmüdafiəçi Benjamin Stambulini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Stambuli daha əvvəl İngiltərədə “Tottenhem”, Fransada “Monpelye” və PSJ kimi klublarda çıxış edib. O, son olaraq Almaniya “Şalke”sində oynayıb.