27.07.2021 16:32
655
Olimpiadada ölkəmizi təmsil edəcək güləşçilər bu gün Yaponiyaya yola düşəcəklər.
“CEMPİON.AZ” xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək idmançılarımız saat 16:45-də səfərə yollanacaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq),
İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.
Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.