“Çox xoşbəxtəm. Yalnız biz bilirik ki, nələrdən keçmişik”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Olimpiakos”un yarımmüdafiəçisi Vasilis Surlis Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə Bakıda keçirilən oyun barədə danışarkən deyib.
Azərbaycan çempionu üzərində hər iki matçda 1:0 hesablı qələbə qazanan Yunanıstan təmsilçisi növbəti mərhələyə adlayıb. 19 yaşlı Surlis Bakıdakı qarşılaşmadan sonra sevincli olduğunu söyləyib: “Hətta məşq keçmək üçün də futbolçusuz qalmaq dərəcəsinə çatmışıq. Ancaq baş məşqçinin bütün tapşırıqlarına qulaq asdıq və meydanda yerinə yetirdik. Daim inkişaf etməyə və hazır olmağa çalışıram ki, komandaya lazım olduğum zaman köməyim dəysin. Hələ ki, “Neftçi” üzərində qələbəni bayram edirik. Növbəti mərhələdəki rəqib “Ludoqorets”i müzakirə etməmişik. Vaxtı gələndə həmin matça da hazır olacağıq”.
Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Neftçi” III təsnifat mərhələsində HİK-lə (Finlandiya) üz-üzə gələcək.
BİZİM FUTBOL
“Olimpiakos”un yarımmüdafiəçisi: “Neftçi” üzərində qələbəni bayram edirik"
29.07.2021 11:20
447