29.07.2021 16:46
439
"Tottenhem" futbolçusu Harri Keynin əvəzləyicisini tapıb.
"CEMPİON.AZ" "The Telegraph"a istinadən xəbər verir ki, ingilis hücumçu klubdan ayrılacağı təqdirdə, London təmsilçisi "Fiorentina"nın oyunçusu Duşan Vlahoviçi transfer etməyə çalışacaq. İtaliya klubunun 21 yaşlı hücumçusunu 58 milyon avroya satmağa hazır olduğu vurğulanıb.
Qeyd edək ki, D.Vlahoviç ötən mövsüm A seriyasında 37 matçda 21 qol vurub.