30.07.2021 23:55
433
"Birinci oyunda da məğlub olmuşduq. Evdə bəzi risklər etməliydik".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda "Soçi"yə uduzduqları (2:4) cavab matçından sonra mətbuat konfransında deyib.
"Keşlə" iki oyunun (0:3, 2:4) nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb. Sənan Qurbanov rəqiblə bacara bilmədiklərini etiraf edib: "Futbolçular vuruşdular, döyüşdülər, qələbə qazanmaq üçün çalışdılar. Amma rəqibin müdafiə xəttində çox ciddi oyunçular var və istədiklərimizi reallaşdırmağa imkan vermədilər. Rəqibin 3 mərkəz müdafiəçisi, demək olar, bütün hücumlarımızın qarşısını alırdılar. Qol buraxdıq, lakin üzən məqam odur ki, çox qol buraxdıq. Evdə riski gözaltına aldıq, əvəzetmələr də riskli idi. Qol vurmaq istəyirdik, buna görə də, hücumameyilli futbolçuları meydana buraxdıq. Deməzdim ki, bu, bizdə uğurlu alındı, amma bunu etməli idik. Ancaq qələbə qazanmaq istəyirdik. Bəlkə də 2:2 hesabını qorumaq olardı, ancaq qol vurub qələbə qazanmaq istəyirdik. Futbolçular əllərindən gələni etdilər, bu oyun artıq geridə qaldı, gələcəyə baxmalıyıq”.