"Fəxr edirəm ki, ölkəmizin ilk medalını qazandım və ümid edirəm ki, qələbəm digər medalların başlanğıcı olar. Digər yoldaşlar da medal qazanar”.
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri Tokio-2020-də ölkəmizə ilk medalı qazandıran cüdoçu İrina Kindzerska deyib:
“Hisslərimi sözlə ifadə edə bilmirəm. Artıq biləndəki Olimpiya oyunlarında medal qazandım çox möhtəşəm hislər keçirdim.
Bu gün maksimum şəkildə hazır idim. Azərbaycanda qadın cüdosunun gücünü sübut etdim. Sadəcə çalışmaq, çalışmaq lazımdı. Düşünürəm ki, mənim bu qələbəm Azərbaycanda bu idmanla məşğul olanların gələcək karyerasında təkan olacaq.
Öz məşqçilərimə, Azərbaycan Cüdo federasiyasına, Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Mənə inandıqları və dəstək olduqları və Azərbaycan komandasının iştirakçısı olmaq üçün imkan yaratdıqları üçün təşəkkür edirəm. Həmçinin, yoldaşıma, ailəmə də təşəkkür edirəm. Yaponiyalı ilə oyundan sonra təəssüf hissi keçirdim, Olimpiya çempionu olmaq istəyirdim.
Fəxr edirəm ki, ölkəmizin ilk medalını qazandım və ümid edirəm ki, qələbəm digər medalların başlanğıcı olar. Digər yoldaşlar da medal qazanar”.
DİGƏR NÖVLƏR
İrina Kindzerska: "Azərbaycanda qadın cüdosunun gücünü sübut etdim"
30.07.2021 14:17
495