cümə, 29 noyabr 2024

BOKS

Boksçumuz Tokio-2020-də bürünc medalı təmin etdi

30.07.2021 14:47 Oxundu 510


Boks üzrə təmsilçimiz Tokio-2020-də ən azı bürünc medalı təmin edib.
"CEMPİON.AZ" xəbər verir ki, Alfonso Dominges yarımfinala çıxaraq bu uğura nail olub. 69 kq çəki dərəcəsində döyüşən boksçu 1/4 finalda Türkiyəli rəqibi Bayram Malkanı məğlub edib. Qaydalara əsasən yarımfinala yüksələn boksçu ən azı bürünc medal qazanır. Beləliklə 26 yaşlı boksçu ölkəmizə ikinci medalı qazandıracaq.
Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.