01.08.2021 10:21
409
Mahir Emreli Polşa çempionatının 2-ci turunda meydana çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, millimizin hücumçusu çıxış etdiyi “Legiya” səfərdə “Radomiak Radom” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Mahir 57-ci dəqiqədə meydana çıxıb. Bununla da 24 yaşı hücumçu Polşa Eksraklasasında debüt edib.
Qeyd edək ki, iki turdan sonra 3 xalı olan “Legiya” 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.