cümə, 29 noyabr 2024

BOKS

Fransanı təmsil edən azərbaycanlı boksçu olimpiadadan diskvalifikasiya edildi

01.08.2021 11:17 Oxundu 475


Tokio-2020 Yay Olimpiya Oyunlarında Fransanı təmsil edən azərbaycanlı boksçu diskvalifikasiya edilib.

"CEMPİON.AZ" xəbərverir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Murad Əliyev 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.
İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.
Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.