02.08.2021 13:21
463
“Real”ın hücumçusu Kərim Benzema ən azı daha iki il “kral klubu”nun formasını geyinəcək.
"CEMPİON.AZ" xəbər verir ki, Fransa millisinin üzvü rəhbərliyin yeni müqavilə təklifini qəbul edib.
Madridlilər Benzemanın gələn ilə qədər olan sözləşməsini 2024-cü ilin yayınadək artırmaq fikrində idi. Lakin 34 yaşlı forvard özü bunu qəbul etməyib, anlaşmasını 2023-cü ilin yayına qədər uzadacaq. Benzema komandanın gələcəkdə zəif performans göstərmək ehtimalını nəzərə alaraq bu addımı atıb.
Ulduz futbolçunun 2021/22 mövsümündə maaşı 10 faiz azaldılacaq. Lakin növbəti ildə 15 faiz artırılacaq.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real”da çıxış edir.