03.08.2021 10:18
452
Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev yarışlara qoşulub.
"CEMPİON.AZ" xəbər verir ki, 200 metr məsafəyə qaçışda 31 yaşlı atlet ikinci olub. Finişə 20.54 saniyəyə çatan Ramil yarımfinala yüksəlib. Bu mərhələdə yarışlar Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda dünya, 2018-ci ildə Berlində Avropa çempionu olub.