cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Harri Keyn cəzalandırılacaq

03.08.2021 12:17 Oxundu 427


İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn cəzalandırılacaq.

"CEMPİON.AZ" “Sky Sports”a istinadən xəbər verir ki, 28 yaşlıfutbolçunu təyin olunan vaxtda komandanın məşqinə qatılmadığı üçün bu addım atılacaq. Tətildə olan Keyn ötən gün klubun bazasına qayıtmalı olsa da, bunu etməyib.
Bildirilir ki, “Tottenhem” ingiltərəli oyunçunu belə hərəkətinə görə böyük məbləğdə cərimələyib. Lakin xəbərdə hansı məbləğdən söhbət getdiyi qeyd olunmayıb.
Əlavə edək ki, Harri Keynin “Mançester Siti”yə keçmək istəyi ilə əlaqədar məşqə qatılmadığı barədə də məlumatlar yayılıb.