cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ" böyük büdcəsi olan komandadır, amma..."

03.08.2021 11:39 Oxundu 461


“Andre Teyşeyranın yoxluğu “Qarabağ”la oyun üçün bəhanə olmamalıdır. Konstantinos Sotiriu da beynəlxalq təcrübəsi olan futbolçudur”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu AEL-in sabiq futbolçusu və məşqçisi Marios Neopyutou Limassol klubunun Konfrans Liqasının III təsnifat mərhələsində
“Qarabağ”la keçirəcəyi oyun barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin keçilməz olmadığını düşünür: “Ötən mövsüm APOEL-lə oyunlarda “Qarabağ”ın çıxışını gördüm. Bura dost evi deyil. Daha böyük büdcəsi olan komandadır, amma qorxulu deyil. AEL ilk görüşdə sərfəli nəticə qazansa, növbəti mərhələnin təməlini qoyacaq. Bu komandalar arasındakı səviyyə fərqi çox azdır”.
Qeyd edək ki, “Qarabağ”la AEL arasında ilk oyun avqustun 5-də Kiprdə, cavab qarşılaşması isə 12-də Azərbaycanda keçiriləcək.