“Qarabağ” sabiq futbolçusu Riçard Almeydanı yenidən komandaya qaytarır.
"CEMPİON.AZ" xəbər verir ki, Qol.az-ın əldə etdiyi xəbərə görə, milliləşdirilmiş braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalanması nəzərdə tutulur. O, bu yaxınlarda Ağdam klubunu tərk etmiş Uroş Matiçin əvəzləyicisi kimi komandaya cəlb ediləcək. Almeyda əsas yox, ehtiyat heyətin üzvü kimi düşünülür. Baş məşqçi Qurban Qurbanovun bu qərarı bu qərarı verməsində Almeydanın yerli futbolçu statusu daşıması da əsas rollardan birini oynayıb.
Xatırladaq ki, Riçard Almeyda ötən mövsümü “Zirə”də keçirib. O, “Qarabağ”a azad agent kimi transfer olunacaq.
Almeyda 2011-18 və 2019-20-cu illərdə də “Qarabağ“da çıxış edib.
Futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı ilk xəbəri futbolinfo.az saytı yayıb.
BİZİM FUTBOL
Riçard Almeyda yenidən "Qarabağ"a qayıdır
03.08.2021 13:49
553