03.08.2021 14:49
430
Bakının “Sabah” klubu Ozan Can Kökcü ilə yollarını ayırıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubu ilə razılığa gəlinib. Onun bakılılarla müqavilə müddəti 2023-cü ilin yayına qədər idi.
Qeyd edək ki, Ozan Can Kökçü 2019-cu ildən "Sabah"ın uğurları üçün çalışıb. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.