cümə, 29 noyabr 2024

GÜLƏŞ

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Tokioda finala çıxdı

03.08.2021 13:56 Oxundu 580

Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov finala yüksəlib.

"CEMPİON.AZ" xəbər verir ki, Pərviz yarımfinalda misirli güləşçi Əl Sayedlə üz-üzə gəlib. Rəqibini 7:6 hesabı ilə məğlub edən güləşçi adını finala yazdırıb. Beləliklə, P.Nəsibov ən azı gümüş medalı təmin edib. 
Qeyd edək ki, Pərviz Nəsibov qızıl medal uğrunda qarşılaşacağı rəqibi iranlı Məhəmməd Reza Geraei olacaq. Final görüşü avqustun 4-də keçiriləcək.