03.08.2021 15:38
428
“Arsenal”ın futbolçusu Tomas Parti sıradan çıxıb.
"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin ayaq biləyi zədələnib. O, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, qanalı oyunçu yeni mövsümün əvvəlini buraxacaq.
Qeyd edək ki, Parti ötən ildən “Arsenal”da çıxış edir.