cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

"Neftçi" Bakıda rəqibi ilə bacarmadı

03.08.2021 22:58 Oxundu 485

"Nefttçi" Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Finlandiya HİK-ni qəbul edib. 

"CEMPİON.AZ" xəbər verir ki, paytaxt klubu öz meydanında rəqiblə bacarmayıb. Matçda hesabı təmsilçimiz açsa da qonaqlar hesabda önə keçməyi bacarıblar. Son dəqiqələrdə "flaqman" kapitan Emin Mahmudovun qolu ilə hesaba tarazlıq gətirib. Qarşılaşma elə bu hesabla da yekunlaşıb. 
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.


21:00. "Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) - 2:2 
Qol:
 Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Emin Mahmudov, 80 (2:2)
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson
Bakı, "Bakcell Arena"