cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: "Hər şey ikinci oyuna qalıb"

04.08.2021 10:16 Oxundu 442


“Maraqlı oyun keçdi. Bugünkü bərabərlik rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HİK bir topla öndə olmayacaq".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə bu gün Bakıda keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
O, şansların bərabər olduğunu bildirib: "Düşünürdük ki, böyükhesablı məğlubiyyət olmasa, xarakterimizi ortaya qoyub, ordan sərfəli nəticə ilə gəlməliyik. Qapıçımızın zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey ikinci oyuna qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik".
Abasov ilk hissədə zədələnən qapıçı Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".