04.08.2021 11:23
572
"Real"ın futbolçusu Toni Kroos əməliyyat olunacaq.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin qasıq nahiyəsində xroniki zədə aşkarlanıb. İspaniya mətbuatı alman oyunçunun təxminən 6-8 həftə oynamayacağını yazıb.
Qeyd edək ki, Kroos ötən mövsüm La Liqada oynadığı 28 matçda 3 qol vurub, 10 qolun ötürməsini verib.