04.08.2021 15:23
402
“Yuventus”un müdafiəçisi Merih Demiral komandasını dəyişib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İtaliyanın tanınmış futbol jurnalisti Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə millisinin üzvü yeni mövsümdən “Atalanta”nın formasını geyinəcək. Berqamo təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisini birillik icarəyə götürüb. “Atalanta” oyunçunu birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Merih Demiral “Yuventus”a 2019-cu ildə “Sassuolo”dan keçib.