04.08.2021 16:21
413
“İnter”in hücumçusu Romelu Lukaku növbəti dəfə komandasını dəyişməyə hazırlaşır.
"CEMPİON.AZ" xəbər verir ki, Belçika millisinin üzvü “Çelsi”yə qayıtmaq niyyətindədir.
Bir müddətdir ulduz futbolçunun keçidində maraqlı olan londonlular onunla danışıqları artıq yekunlaşdırıb. “Zadəganlar” 28 yaşlı forvardla şəxsi müqaviləni razılaşdırıb. “İnter”də xoşbəxt olduğunu bildirən Lukakuya ingilislərin təklifi cəlbedici gəlib.
“Çelsi” keçidi tamamlamaq üçün “İnter”lə danışıqları sürətləndirib. Klubun sahibi Roman Abramoviçin növbəti təklifi 120 milyon avro olub. “Neradzurra” isə məbləği 130 milyona yüksəltməyə çalışır.
Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.