cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

"Tottenhem"in müdafiəçisi "Qalatasaray"a keçir

05.08.2021 11:26 Oxundu 476


Türkiyənin "Qalatasaray" futbol klubu heyətini gücləndirməyə davam edir. 

"CEMPİON.AZ" xəbər verir ki, Türkiyə klubu müdafiənin cinahlarından sonra mərkəzinə də transfer edib.
“Cim-bom” “Tottenhem”in üzvü Jafet Tanqanqanı heyətinə qatıb. 22 yaşlı ingiltərəli oyunçu birillik icarəyə götürülüb. “Sarı-qırmızılılar” tezliklə bu keçidi açıqlayacaq. “Tottenhem”in yetirməsi olan Tanqanqa İngiltərənin bütün aşağı yaş qrupu yığmalarında oynayıb.
Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Saşa Boeyi “Renn”dən, Patrik van Aanholtu “Kristal Pelas”dan, Aleksandru Çiçaldaunu isə “Universitatya Krayova”dan transfer edib.