cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

"Yuventus"da 3 həftəlik itki

05.08.2021 12:20 Oxundu 417


"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo zədələnib.

"CEMPİON.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu məşq zamanı sol ayaq budundan zədə alıb. Fransa millisinin üzvünün bərpa müddəti təxminən üç həftə çəkəcək.
Qeyd edək ki, Rabyo ötən mövsüm Turin təmsilçisində 47 oyuna çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini verib.