05.08.2021 12:47
477
"Bavariya" futbolçusu Jozua Kimmixlə tezliklə yeni müqavilə imzalayacaq.
"CEMPİON.AZ" "Bild"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılacaq.
Yeni sözləşmə ilə alman oyunçu Münhen təmsilçisində Robert Levandovskidən sonra ən çox maaş alan ikinci futbolçu olacaq. Onun ilinə 20 milyon avro qazanacağı gözlənilir.
Qeyd edək ki, Kimmix ötən mövsüm 39 matçda meydana çıxıb, 6 qol vurub, 14 qolun ötürməsini verib.