05.08.2021 13:54
423
"Tottenhem"in baş məşqçisi Nuno Eşpiritu Santu komandanın bir neçə məşqini buraxan hücumçu Harri Keynlə bağlı vəziyyətdən danışıb.
"CEMPİON.AZ" "Sky Sports"a istinadən xəbər verir ki, o, indiyə kimi ingilis hücumçu ilə danışmadıqlarını bildirib: "Tezliklə Harri ilə danışa biləcəyimizi düşünürəm. İndiyə qədər bu, mümkün olmayıb. Başlamaq üçün bütün problemləri öz aramızda həll etməliyik, sonra mətbuata hər şeyi deyə bilərik. Vəziyyəti şərh etmək istəmirəm. Problemin yalnız aramızda müzakirə edilməli olduğunu düşünürəm. Hələlik ictimaiyyət arasında danışmayaq. Klub daxilində bir həll tapmağa çalışacağıq".
Qeyd edək ki, Keynin "Mançester Siti"yə transfer olunmasına razılıq verilməsi üçün məşqləri buraxdığı bildirilir.