06.08.2021 09:14
506
"Mənim üçün heç nə bitməyib. Azərbaycandakı matçda maksimum nəticə göstərməyə çalışacağıq. 90 dəqiqə boyu yaxşı oynaya bilməzsən. Hansı rəqibə qarşı mübarizə apardığımızı bilirdik".
"CEMPİON.AZ" themasports.tothemaonline.com-a istinadən xəbər verir ki, bu sözləri AEL-in baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk matç (1:1) haqqında danışarkən deyib. O, komandasının evdəki çıxışını və Bakıdakı cavab oyununda qələbə qazanmaq şanslarını belə dəyərləndirib:
"Rəqib avrokubokların qrup mərhələlərində çox iştirak edib. "Qarabağ"la bərabər səviyyədə oynadıq. Daha diqqətli olsaydıq, ikinci qolu vura bilərdik. Qələbə üçün hər şeyi ortaya qoyacağıq. Hazırlaşmaq və mərhələ adlamaq üçün vaxtımız var. Təcrübəli bir komanda ilə üz-üzə gəldik. Bilirdim ki, nəticə nə olursa, olsun, cavab qarşılaşması vacib olacaq. Sonda qol buraxmağımız yaxşı deyil. Azarkeşlərimizə təşəkkür edirəm. Mən AEL-i, komandamı tanıyıram. Buna görə də daha çox şey gözləyirəm".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 12-si Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika Stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.