06.08.2021 13:45
929
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"CEMPİON.AZ" xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Rəqibinə 11:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.
*** 10:15
Güləşçilərimiz Tokio-2020 Yay Olimpiya Oyunlarında yarışlara qoşulublar.
“CEMPİON.AZ” xəbər verir ki, sərbəst güləşçi Şərif Şərifov 97 kq çəki dərəcəsində döşək üzərinə çıxıb. Təmsilçimiz rusiyalı rəqibi Abdulrəşid Sadullayevə 0:5 hesabı ilə uduzub. Sadullayev finala çıxa bilsə güləşçimiz təsəlliverici görüşə çıxacaq. Digər təmsilçimiz Hacı Əliyev də mübarizəyə başlayıb. 65 kq-da güləşən təmsilçimiz 1/8 finalda seneqallı Adama Diatta ilə qarşılaşıb. Hacı rəqibini 4:0 hesabı ilə məğlub edib. 1/4 finala yüksələn təmsilçimiz burada qazaxıstanlı Daulet Niyazbekovu 9:1 udaraq yarımfinala çıxıb. Bu mərhələdə Hacının rəqibi hindistanlı Bacranq Puniya olacaq.
Ölkəmizi oimpiadada təmsil edən qadın güləşçi Mariya Stadnik 50 kq-da yarımfinala yüksəlib. O finala yüksəlmək üçün yaponiyalı Yui Susakini məğlub etməlidir.