cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

"Azarkeş qapıçımızı türk dilində söyüb, deyib ki, mən erməniyəm"

06.08.2021 11:22 Oxundu 576


Xəbər verdiyimiz kimi Avropa Kofrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən AEL - “Qarabağ” matçının son dəqiqələrində gərgin anlar yaşanıb. Buna yerli azarkeşlərin Ağdam klubuna qarşı təxribata əl atması səbəb olub.

"CEMPİON.AZ" xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya danışan “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə kiprli azarkeşlərin aqressiv davanışının ilk dəqiqələrdən başladığını bildirib:
"Onlar “Qarabağ”ın ehtiyat oyunçular skamyasında oturan futbolçuların başına su tökür, butulka atırdılar. Stadionda təhlükəsizlik tədbirləri istənilən səviyyədə deyildi. Gözlənilən təxribatın qarşısını almaq üçün UEFA nümayəndəsinə matçdan əvvəl yazılı xəbərdarlıq etmişdik. Nəticədə qondarma respublikanın və Ermənistanın bayrağının stadiona keçirilməsinin qarşısını aldıq. Belə cəhdlər olub, imkan verməyiblər. Matçın gedişində qapıçımız Şahruddin Məhəmmədəliyevə də tribunadan təzyiq olub. Bir nəfər qapıçımızı türk dilində söyüb, deyib ki, mən erməniyəm. Oyunun gedişində azarkeşlər ağır təhqirlər səsləndirir, təxribata çəkirdilər. UEFA nümayəndəsi hər şeyi gördü, qeydlərini etdi. Ümid edirik, UEFA ədalətli qərarlar verəcək”.