cümə, 29 noyabr 2024

DİGƏR NÖVLƏR

Rafael Ağayev gümüş medal qazandı - YENİLƏNİB

06.08.2021 16:57 Oxundu 1023

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

"CEMPİON.AZ" xəbər verir ki, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş avqustun 7-də olacaq.

*** 16:23
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

*** 15:03
Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünə çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, təmsilçimiz italiyalı Luici Busa ilə üz-üzə gəlib. 36 yaşlı idçmançı görüşün sonuna 56 saniyə qalmış zədələnsə də sonadək mübarizə aparıb. Qarşılşama rəqibin 1:3 hesablı qələbəsi ilə bitib. Rafael Ağayev yarımfinalda macarıstanlı karateçi ilə döyüşəcək.

*** 14:45
Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Rafael Ağayev 3-cü döyüşünü keçirib.
"CEMPİON.AZ" 
xəbər verir ki, karateçimiz yer aldığı B qrupunda ilk 3 döyüşünü qələbə ilə bitirərək, yarımfinala yüksəlib. Bununlada Rafael ən azı bürünc medalı təmin edib.

*** 13:55 
Rafael Ağayev növbəti qarşılşamaya çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, karateçi 75 kq çəki dərəcəsində çıxış edir. O ikinci döyüşündə Avstraliyanı təmsil edən Tsuneri Yahiro ilə qarşılaşıb. Karateçimiz 5:0 hesablı qələbəyə sevinib.

*** 12:45
Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarışlara qoşulub.
"CEMPİON.AZ"
xəbər verir ki, karateçimiz 75 kq çəki dərəcsində mübarizə aparacaq. B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək.
Agayev ilk döyüşünü alman Noa Biçə qarşı keçiribə və 2:1 hesabı ilə qalib gəlib. O, ikinci görüşünü Çuneari Yahiroya, üçüncü döyüşünü Nurkanat Ajiqanovla, nəhayət, qrupda sonuncu döyüşünü isə Luici Busaya qarşı keçirəcək.
Qrupun ilk görüşü:
Nurkanat Ajiqanov - Çuneari Yahiroya - 6:3
Rəfael Agayev - Noa Biç - 2:1