Türkiyənin “Bursaspor” klubu “Neftçi”nin hücumçusu Namik Ələskərovu transfer etmək niyyətindədir.
"CEMPİON.AZ" Türkiyə KİV-inə istinadən xəbər verir ki, TFF I liqa təmsilçisi Premyer Liqanın bombardiri ilə danışıqları bərpa edib.
26 yaşlı oyunçunun keçidinə mane olan menecerləri aradan çıxaran Bursa klubu millimizin üzvünü heyətinə qatmağa çox yaxındır. Transferin qısa müddət ərzində açıqlanması planlaşdırılır.
Məsələ ilə bağlı açıqlama verən “Bursaspor”un futbol şöbə müdirinin köməkçisi Tamer İşler də xəbəri təkzib etməyib. O, danışıqların bərpa olunduğunu təsdiqləyib: “Hazırda Namikin keçidi ilə bağlı bir azərbaycanlı menecerlə danışıq aparırıq. Onunla növbəti görüşümüz olacaq. Bu keçid bizim üçün qapanmayıb. Menecer problemini həll etdiyimizdən, təxminən 150-200 min avroluq endirimə nail olmuşuq”.
Qeyd edək ki, Namik Ələskərov ötən mövsüm 19 qolla Premyer Liqanın bombardiri olub. Onun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
BİZİM FUTBOL
"Bursaspor" Namik Ələskərovu transfer etmək istəyir
07.08.2021 09:15
625