cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Serxio Aquero da getmək istəyir

07.08.2021 10:41 Oxundu 557


Argentinalı hücumçu Serxio Aquero da "Barselona"dan ayrıla bilər. 

"CEMPİON.AZ" "Beteve" nəşrinə istinadən xəbər verir ki, futbolçu Lionel Messi ilə bağlı qərardan sonra Kataloniya təmsilçisi ilə vidalaşmaq üzrədir.
Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istəyir. "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.
Qeyd edək ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.