cümə, 29 noyabr 2024

DİGƏR NÖVLƏR

İrina Zaretska finalda - YENİLƏNİR

07.08.2021 15:33 Oxundu 911


Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən İrina Zaretska finala yüksəlib. 

"CEMPİON.AZ" xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.

*** 11:53

İrina Zaretska Tokio-2020-də ölkəmizin aktivinə növbəti medalı yazdırıb.

"CEMPİON.AZ" xəbər verir ki, karateçimiz qrupda keçirdiyi görüşlərdən 3-də qələbə qazanaraq, yarımfinala yüksəlib. Bununla da o ən azı bürünc medalı təmin etmiş olub.
Qeyd edək ki, bu Azərbaycanın Tokioda qazandığı 6-cı medal olacaq. 

*** 11:03

Tokio-2020 Yay Olimpiya Oyunlarındakı təmsilçimiz İrina Zaretska 3-cü döyüşünü keçirib. 

"CEMPİON.AZ" xəbər verir ki, qadın karteçi 61 kq yuxarı çəkidə mübarizə aparır. Zaretska qazaxıstanlı Sofya Berultseva ilə qarşılaşıb. Döyüş rəqibin 4:5 hesablı qələbəsi ilə bitib. Təmsilçimiz qrupda keçirdiyi ilk iki görüşdən qalib ayrılıb. Onun növbəti rəqibi türkiyəli Meltem Akyoldur. Karateçimzi qrupda ilk iki yerdən birini tutrsa yarımfinala yüksələcək.

*** 10:33

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən İrina Zaretska növbəti qələbəsini qazanıb.

"CEMPİON.AZ" xəbər verir ki,  61 kq-dan yuxarı çəkidə çıxış edən karateçi  A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.
Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.
Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
Qeyd edək ki, İrina Zaretska qrupun ilk görüşündə yaponiyalı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib.