09.08.2021 10:55
581
“Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyəyə yollanacağı tarix müəyyənləşib.
"CEMPİON.AZ" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü bu gün Bursaya gedəcək.
26 yaşlı qolçunun “Bursaspor” rəhbərliyi ilə son dəfə masa arxasına əyləşməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. TFF I liqa klubunun vitse-prezidenti Emin Adanur transferin 99 faiz həll olunduğunu bildirib. Klublar arasında danışıqların da tezliklə yekunlaşacağı vurğulanıb.
Qeyd edək ki, Namik Ələskərovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.