09.08.2021 16:19
471
“Zirə”nin sabiq futbolçusu Klesio Bauk karyeranı Portuqaliyada davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Maritimo” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baukla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Mozambik milli komandasının da üzvü olan Bauk Azərbaycanda “Zirə” və “Qəbələ”də çıxış edib. O, ötən mövsümün sonunda “Zirə”dən ayrılıb.