10.08.2021 11:36
423
“Aston Villa”dan Cek Qrilişi transfer edən “Mançester Siti”də daha bir müqavilə imzalanıb.
"CEMPİON.AZ" xəbər verir ki, “şəhərlilər” bu dəfə öz oyunçuları Con Stounzla yeni sözləşmə bağlayıb.
Mərkəz müdafiəçisi gələn ilin yayına qədər olan anlaşma müddətini daha 5 il uzadıb. 27 yaşlı futbolçunun həftəlik maaşı isə 250 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Con Stounz 2016-cı ildən “Mançester Siti”də çıxış edir.