10.08.2021 12:47
409
"Liverpul"un futbolçusu Endryu Robertson yeni mövsümün startını buraxacaq.
"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, "Atletik"lə yoxlama matçında (1:1) zədələnən şotlandiyalı müdafiəçinin 2-3 oyun buraxacağı dəqiqləşib.
Bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib: "Düşünürəm ki, şanslıyıq. Çünki zədəsi daha ciddi ola bilərdi"