10.08.2021 14:46
503
İngiltərənin “Çelsi” klubunun futbolçusu Temmi Abraham karyerasını İtaliyada davam etdirməyə yaxındır.
"CEMPİON.AZ" xəbər verir ki, hücumçu “Roma” klubuna keçə bilər.
İki klub arasında transferlə bağlı razılıq əldə olunub. İngiltərəlinin keçidi baş tutsa, “Roma” öncə 5, sonrakı illərdə isə daha 35-40 milyon avro ödəyəcək. Klublar keçidin transfer, yoxsa sonradan alınma ilə icarə olmasını dəqiqləşdirməyib. Transferin baş tutması üçün 23 yaşlı forvardın razılığı lazımdır.O, yeni komandasında Edin Dzekonu əvəzləməlidir. Bosniya və herseqovinalı ilkin razılıq əldə etdiyi “İnter”lə 2 illik müqavilə imzalamağa yaxındır.